AZDƏMTTETİ mütəxəssisləri tərəfindən Azərbaycan Dəmir Yolları Qapalı səhmdar cəmiyyətinə məxsus neft məhsullarının saxlanılması üçün nəzərdə tutulan çənlərdə qüsurların aşkar edilməsi üzrə növbəti işləri həyata keçirilib

18 Avqust, 2024
AZDƏMTTETİ mütəxəssisləri tərəfindən Azərbaycan Dəmir Yolları Qapalı səhmdar cəmiyyətinə məxsus neft məhsullarının saxlanılması üçün nəzərdə tutulan çənlərdə qüsurların aşkar edilməsi üzrə növbəti işləri həyata keçirilib

Azərbaycan Dəmir Yollarının fəaliyyətinin güvənliyi və təhlükəsizliyi Elmi –Tədqiqat İnstitutu və Azərbaycan Dəmir Yolları arasında uzunmüddətli əməkdaşlığın nəticəsidir

Çənlərin defektoskopiyası polad çənlərdə texniki vəziyyətin diaqnostikası, analiz edilməsi və qüsurların aşkar edilməsi üçün nəzərdə tutulmuş zəruri xidmət növüdür. İstismar prosesində çənlər daxildən əhəmiyyətli dərəcədə hidrostatik təzyiq yükünə və xaricdən xarici mənfi təsirlərə məruz qalıb. Çənlərin texniki təftişi və Defektoskapiyanın keçirilməsi nəticəsində institut mütəxəssisləri qaynaqlarda qüsurları, divarlarda deformasiyaları, metal korroziya və fundamentin dağılması hallarını müəyyən ediblər.

AZDƏMTTETİ-nin yüksək ixtisaslı mütəxəssisləri çənlər üzrə dağıdıcı olmayan sınaq üsulundan istifadə edərək çənlərin texniki diaqnostikasını (defektoskopiya) həyata keçirirlər.

İnstitut çənin təftişi xidmətlərini təmin edir və bundan sonra şirkət təhvil verilməzdən və ya təmir işlərindən əvvəl çənin cari vəziyyətinin qiymətləndirilməsi və etibarlılıq müddətinin hesablanması barədə hesabatı əldə edir. Qüsurların aşkarlanmasının yerinə yetirilməsi məqsədi onun sonrakı təmiri üçün çəndə qüsurların vaxtında aşkarlanmasıdır. Bu qəza vəziyyətlərinin baş verməsinin qarşısını alır və çənin sonrakı fəaliyyətinin təhlükəsizliyini təmin edir.

Mütəxəssislər müəyyən edilən dövlət normalarına uyğun şəkildə razılaşdırılmış vaxt çərçivəsində polad çənlərin qüsurlarının yüksək keyfiyyətdə aşkarlanmasını həyata keçirir. İşlərin tamamlanması zamanı onlar texniki rəy tərtib edərək, öz tövsiyələrini verir. Bütün diaqnostik məlumat (foto, defektoqram və sair) rəyə əlavə edilir. Çəndə bütün müəyyən edilən qüsurlar, qüsurların yeri, ölçüsü, mümkün səbəbi və sonrakı əməliyyatlar üzrə proqnozu göstərilməklə rəydə qeyd edilir.

İşlək çənlərdə qüsurun aşkarlanması və ya planlaşdırılan təmir işlərini sifariş etmək üçün, qiyməti belə xidməti göstərəcək müəssisə ilə müzakirə etməli və ya işlərin görülmə vaxtları üçün isə  +994 55 512 15 66   telefon nömrəsi ilə bizimlə əlaqə saxlaya bilərsiniz.

Çənlərin qüsurların aşkarlanması qiyməti fərdi olaraq hesablanır.

Biz müraciətinizi qəbul etməyə və texniki məsələlər üzrə təfsilatlı məsləhətlərimizi verməyə daim hazırıq.

Paylaş: