Şabran rayonu ərazisində QalaAlti və Spa otelində lift avadanlıqlarına baxış üzrə Azdemtetti əməkdaşları ilə iş aparılıb

16 Avqust, 2024
Şabran rayonu ərazisində QalaAlti və Spa otelində lift avadanlıqlarına baxış üzrə Azdemtetti əməkdaşları ilə iş aparılıb

Gözlənilməz halların və çətinliklərin yaranma ehtimalını minimuma endirmək üçün oteldə təhlükəsizlik qaydalarına əməl etmək zəruridir.

12 dəst lift avadanlığının elementlərinin torpaqlanmasının ölçülməsi üzrə aparılan işlərin müvafiq protokolu əsasında texniki təhlükəsizlik üzrə ekspert rəyi tərtib ediləcək.

Azdəmtteti Fluke 1664 cihazından istifadə etmək üçün müstəsna hüquqa malikdir.

Fluke 1664 cihazı PreTest İzolyasiyanın ilkin yoxlama funksiyası ilə  elektrik quraşdırma test cihazıdır. Bu cihazın bir funksiyasıda yerləbirləşdirmə müqavimətinin ölçülməsidir. Qaydalarda yerləbirləşdirmə müqavimətinin müvafiq norması olduğu üçün bu aparatla həmin normaya uyğun gəlib gəlməməsi ölçülür.

İzolyasiyanın ilkin yoxlama funksiyası ciddi və böyük maliyyəyə səbəb olan səhvlərin potensial mümkünlüyü haqqında xəbərdar edir.

Test cihazı sınaqdan keçirilən sistemə qoşulmuş hər hansı bir cihazı aşkar edərsə, izolyasiya müqavimətinin yoxlanması dayanır və ekranda xəbərdarlıq mesajı göstərilir. Bu, periferik avadanlıqların təsadüfən zədələnməsinin qarşısını alır.

Paylaş: