Konfransda SƏTƏM üzrə peşəkarlar qabaqcıl təcrübələrini bölüşüb və enerji sektorunda çağırışlara innovativ həll yollarını müzakirə ediblər.
Konfransda Fövqəladə Hallar Nazirliyinin Sənaye Təhlükəsizliyi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini İsmayıl Nəsirov da iştirak edib. O çıxışında təmsil etdiyi dövlət qurumunun ətraf mühitin və əməyin mühafizəsi, təhlükəsizlik texnikası üzrə həyata keçirdiyi işlər, dövlət proqramları, prioritetlər, bu sahədə gələcək hədəflər barədə məlumat verib.