21 sentyabr Beynəlxalq Sülh Günüdür

20 Sentyabr, 2024
21 sentyabr Beynəlxalq Sülh Günüdür

Beynəlxalq Sülh Günü Birləşmiş Millətlər Təşkilatının 30 noyabr 1981-ci ildəki qərarı ilə bütün dünyada qeyd olunur. Dünyanın 192 ölkəsi yekdil olaraq bu qərarın lehinə səs verib.
21 sentyabr nəinki yalnız xalqlar arasında, həmçinin, ailələrdə, məktəblərdə köklü zorakılığa qarşı mübarizənin əldə olunmasına nail olmaq üçün bir gündür. Bu səbəbdən də 21 Sentyabr bütün planet insanları üçün çox vacibdir.
Bu gün üçün əsas məqsədlərdən biri insanları sülhə cəlb etməkdir. Bu səbəbdən də yaşından, irqindən, milliyətindən, dinindən və cinsindən asılı olmayaraq, sülhə nail olmaq istəyən hər kəsin yardımına ehtiyac var.

Müharibənin ağır, gərgin günləri arxada qalıb. Uzun müddət sonsuz görünən və bizi sıxan haqsızlığın ağır yükü nəhayət, çiyinlərimizdən götürüldü. Bu qələbə sevincini bizə qəhrəmanlıq zirvəsində ölümün üzünə cəsarətlə baxaraq, əziz hədəfinə doğru irəliləyən cəsur döyüşçülər - qalib sərkərdə İlham Əliyev başda olmaqla Azərbaycan xalqının övladları bəxş etdilər.

 Ötən günlərin ağrı-acısından, sevincindən, qanı bahasına doğma torpaqlarını fəth edən igid oğullarımızın qəhrəmanlığından, bütün dünyaya örnək olmuş xalq birliyindən, sənət və tarixi əsərlərdən yazılacaq, filmlər çəkiləcək, hər bir şəhidin, qazinin adı əbədiləşdiriləcək və heç vaxt unudulmayacaq, onların gözəl xatirəsi qəlblərdə yaşayacaqdır.

Azərbaycanın müasir tarixini yazan əvəzsiz lider, müasir ordumuzun zəfər sərkərdəsi İlham Əliyevin Azərbaycan xalqının xoşbəxt gələcəyi, ölkəmizdə əmin-amanlıq uğrunda mübarizəsini bu gün də davam etdirən qəhrəmanlıq salnaməsi gələcək nəsillər, eləcə də digər ölkələr üçün örnək olacaqdır.

Paylaş: