"AVROPA AZƏRBAYCAN MƏKTƏBİ"ndə "TƏHLÜKƏSİZ MƏKTƏB" SOSİAL LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ MAARİFLƏNDİRİCİ TƏLİM KEÇİRİLMİŞDİR.

17 Mart, 2026
"AVROPA AZƏRBAYCAN MƏKTƏBİ"ndə "TƏHLÜKƏSİZ MƏKTƏB" SOSİAL LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ MAARİFLƏNDİRİCİ TƏLİM KEÇİRİLMİŞDİR.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu tərəfindən “Təhlükəsiz Məktəb” sosial layihəsi çərçivəsində "Avropa Azərbaycan Məktəbi"ndə ibtidai sinif şagirdləri üçün maarifləndirici təlim təşkil olunub.

Təlim zamanı şagirdlərə əməyin mühafizəsi, təhlükəsiz davranış qaydaları, sağlamlığın qorunması və ətraf mühitə diqqətli yanaşmanın əhəmiyyəti barədə məlumat verilib.

Novruz bayramı ərəfəsində iştirakçılara hədiyyələr təqdim olunub, sağlamlıq və ətraf mühitin qorunması ilə bağlı yaddaş vərəqələri və praktiki tövsiyələri əks etdirən çap materialları paylanılıb.

Təlimin sonunda şagirdlər sertifikatlarla təltif olundular

Təlim şagirdlər tərəfindən böyük maraqla qarşılanıb və uğurla başa çatıb.

Paylaş: