AzDƏMTTETİ - nin “Elektrotexniki avadanlığın təhlükəsizliyi və süni işıqlandırma laboratoriyası”-nın müdiri, doktorant, Məmmədov Qurban Müşfiq oğlunun “Ağıllı şəbəkə sistemləri üçün nümunələrin tanınmasında orta riskin minimuma endirilməsi” adlı məqaləsi Azərbaycan Milli Elmlər Akademiyasının 2022-ci ildəki fəaliyyəti haqqında Hesabatda (Cild1) dərc olunmuşdur.
Hesabatda Azərbaycan Milli Elmlər Akademiyasında, Respublikamızın digər elm və təhsil müəssisələrində 2022-ci ildə aparılmış fundamental və tətbiqi tədqiqatların mühüm nəticələri öz əksini tapmışdır.
Hesabat AMEA-nın üzvlərinin, elmi bölmələrinin, elmi müəssisələrinin, AMEA Rəyasət Heyəti aparatı şöbələrinin və müvafiq nazirliklərin təqdim etdikləri materiallar əsasında Elm və təhsil şöbəsi tərəfindən hazırlanmış, AMEA Rəyasət Heyətinin 23 fevral 2023-cü il tarixli 9/6 nömrəli qərarı ilə bəyənilmiş və AMEA ümumi yığıncağının müzakirəsinə təqdim edilmişdir.