Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu (AzDƏMTTETİ) və Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutu arasında birgə əməkdaşlıq barədə Memorandum imzalanıb.
Memorandum AzDƏMTTETİ-nin direktoru Məmməd Bağır-zadə və Neft və Qaz İnstitutunun baş direktoru akademik Fəxrəddin Qədirov tərəfindən imzalanıb.
Əməkdaşlıq barədə Memorandum AzDƏMTTETİ və Neft və Qaz İnstitutu tərəfindən Azərbaycanda neft-qaz axtarışı və kəşfiyyatı, quyuların qazılması və təmiri, yataqların işlənməsi, layların neft veriminin artırılması, neft-qazın nəqli və emalı, mövcud texnologiyaların və avadanlıqların etibarlılığı, yerin təki və ətraf mühitin mühafizəsi, iqlim dəyişmələrinə mənfi təsirin azaldılması proseslərinə yönəlmiş elmi-tədqiqat işlərinin birlikdə aparılmasına şərait yaradacaq.
Həmçinin, əməkdaşlığın digər istiqamətlərinin müəyyən edilməsi, qarşılıqlı informasiya mübadiləsi və məsləhətləşmələrin aparılması üçün birgə işçi qrupunun yaradılması nəzərdə tutulur.