AzDƏMTTETİ-nin Elmi-Texniki Şurasının yeni tərkibdə ilk iclası keçirilib.

29 Sentyabr, 2024
AzDƏMTTETİ-nin Elmi-Texniki Şurasının yeni tərkibdə ilk iclası keçirilib.
Screenshot-2023-09-26-143947

7 fevral  tarixində, Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun Elmi-Texniki Şurasının yeni tərkibdə ilk iclası keçirilib.  

AzDƏMTTETİ-nin direktoru Məmməd Bağır-zadə sədrliyi ilə baş tutan iclasda sədr müavini, texnika üzrə fəlsəfə doktoru Pənah Süleymanov, Elm və Təhsil  Nazirliyinin Neft  və Qaz institutun icraçı direktoru, professor Vaqif Qurbanov, şöbə müdiri Fəxrəddin Kərimov, professor və əməkdar elm xadimi Aydın Qafarov, professor Əhəd Canəhmədov, professor İbrahim Həbibov və AzDƏMTTETİ-nin digər əməkdaşları iştirak ediblər.

İclasda elmi-tədqiqat işinin mövcüd istiqamətləri, gələcək elmi tutumlu praktiki yönümlü mövzuları müzakirə edilib. İnstitutun elmi texniki potensialını nəzərə alan elmi-tədqiqat işinin illik planının tərtibatına  təklif və tövsiyələr verilib.

Paylaş: