FHN-nin elmi-tədqiqat institutu və "Azərsun Holdinq" MMC arasında memorandum imzalanıb

18 November, 2024
FHN-nin elmi-tədqiqat institutu və "Azərsun Holdinq" MMC arasında memorandum imzalanıb

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nazarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu (AzDƏMTTETİ) və "Azərsun Holdinq" MMC  arasında Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

AzDƏMTTETİ və "Azərsun Holdinq" MMC arasında imzalanan Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu iki qurum arasında bərabərlik və qarşılıqlı fayda prinsipləri nəzərə alınmaqla əməkdaşlığın genişləndirilməsi məqsədini daşıyır.

Sözügedən tərəfdaşlıq nəticəsində əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələlərinin, həmçinin təhlükə potensiallı obyekt, qurğu və avadanlıqların təhlükəsiz istismarının daha da səmərəli həyata keçirilməsinin həlli yolları birgə fəaliyyət çərçivəsində araşdırılaraq öz həllini tapacaqdır.

Share: