MAKA-nın xəbərlər jurnalında İnformasiya-Ölçmə Sistemləri bölməsinə aid yeni elmi-tədqiqat işi yayımlanıb

27 December, 2023
MAKA-nın xəbərlər jurnalında İnformasiya-Ölçmə Sistemləri bölməsinə aid yeni elmi-tədqiqat işi yayımlanıb

AzDƏMTTETİ - nin “Elektrotexniki avadanlığın təhlükəsizliyi və süni işıqlandırma laboratoriyası”-nın müdiri, doktorant, Məmmədov Qurban Müşfiq oğlunun “Obyektlərin həndəsi parametrlərini ölçən informasiya-ölçmə sisteminin funksional imkanlarının genişləndirilməsi ilə invariantlığın təmin olunması” adlı məqaləsi Azərbaycan Milli Aerokosmik Agentliyinin xəbərləri (Cild 25 №3) jurnalında dərc olunmuşdur. Elmi-tədqiqat işi jurnalın İnformasiya-Ölçmə Sistemləri bölməsinə aid olub Təsvirləri Tanıma sahəsindən bəhs edir. Elmi-tədqiqat işinin məqsədi oxşar və ya yaxın obyektlərin tanınması zamanı obyektlərin fırlanma və miqyas dəyişməsinə invariant tanınma səhihliyinin artırılmasıdır. Buna görə də təsvirlərin həndəsi parametrlərini ölçən informasiya-ölçmə sisteminə əlavə bloklardan istifadə etməklə funksional imkanlarını genişləndirərək tanıma invariantlığı təmin olunur.

Qeyd edək ki, Azərbaycan Milli Aerokosmik Agentliyinin xəbərləri jurnalı Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi nəşrlər siyahısındadır. Jurnalda məqalələr müvafiq elmi istiqamətlərə uyğun olaraq 6 rubrikada (“Məsafədən zondlama”, “Ekologiya”, “Cihazqayırma”, “İnformasiya-ölçmə sistemləri”, “Mikroelektron element və qurğular” və “Digər elm sahələri”) dərc olunur. Jurnalın səhifələrində MAKA-da təhsil alan doktorantlar və dissertantların məqalələri, həmçinin iş planı çərçivəsində aparılan elmi-tədqiqat işləri üzrə alınmış elmi nəticələr çap edilir.

Paylaş: