İnstitutun Radiasiya, sənayedə gigiyena və sanitariya laboratoriyasının mütəxəssisləri tərəfindən Mülki Müdafiə Qoşunlarının Radiasiya və kimya laboratoriyasında iş yerlərinin attestasiyası zamanı zərərli istehsalat amillərinin ölçmələri aparılıb

18 August, 2022
İnstitutun Radiasiya, sənayedə gigiyena və sanitariya laboratoriyasının mütəxəssisləri tərəfindən Mülki Müdafiə Qoşunlarının Radiasiya və kimya laboratoriyasında iş yerlərinin attestasiyası zamanı zərərli istehsalat amillərinin ölçmələri aparılıb

 

Müəssisələrdə əməyin təhlükəsizliyi, istənilən müəssisənin işinə, fəaliyyətinə və məhsuldarlığına önəmli təsir edən əmək sahəsinin mühüm amili hesab edilir. Günümüzün tələblərini nəzərə alsaq keyfiyyətli məhsul istehsal edib qazanc əldə etməyi qarşısına məqsəd qoyan istənilən müəssisə tabeliyində olan hər bir işçisinin sağlamlığının qorunması və iş qabiliyyətli olmasını özü üçün prioritet vəzifələrdən biri hesab etməlidir. Beləliklə, müəssisə rəhbərləri hər şeydən əvvəl iş yerlərində qəzaların, travmatizmin, istehsalatla əlaqəli peşə xəstəliklərinin səviyyəsinin azaldılmasında maraqlı olmalıdır.

Əməyin təhlükəsizliyi idarəetmə sisteminin əsasını hər bir iş yerində işçilərə mənfi təsir göstərən zərərli və təhlükəli istehsalat amillərinin aşkarlanmsı məqsədilə əmək şəraitinin qiymətləndirilməsi təşkil edir.

Bunun üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 64, 67 və 222-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 mart 2000-ci il tarixli, 38 nömrəli “İş yerlərinin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” Qərarına əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublika ərazisində yerləşən müəssisə və təşkilatlarda mövcud olan bütün iş yerləri 5 ildə bir dəfədən az olmayaraq əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının keçirilməsi nəzərdə tutulub.

Ölkədə fəaliyyət göstərən yerli və xarici, o cümlədən qapalı və açıq sənaye sahələrində iş yerlərinin attestasiyasının keçirilməsi işləri ilə məşğul olan, akkreditasiya olunmuş Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun Radiasiya, sənayedə gigiyena və sanitariya laboratoriyası peşəkar kadrların, müasir, beynəlxalq tələblərə cavab verən cihaz və avadanlıqların köməkliyi ilə təhlükəli, zərərli istehsalat amillərinin ölçülməsi, əmək prosesinin ağırlığı və gərginlik göstəricilərinin müəyyən olunması sahəsində yüksək səviyyədə fəaliyyət göstərməkdədir.

Paylaş: